Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı
Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldıBu gün, 03:59 |
|
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 7A ünvanında qeydiyyatda olan "Orion Global" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda borcu yığılıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda dəqiq olaraq 66 082,01 AZN vergi borcu mövcuddur. Qanuni təmsilçisi Mirsadiq Sadıq oğlu Sadıqov olan şirkətin statusunun hazırda "passiv" olması da diqqət çəkir. Fəaliyyətini dayandırmasına baxmayaraq, müəssisənin dövlət qarşısındakı bu böyük məbləğdə borc öhdəliyi hələ də bağlanmamış qalır. Qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, "ORİON GLOBAL" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun ailə biznesinə daxil olan xidmət və iaşə müəssisələrindən biridir. Şirkət əsasən "Orion Palace" kimi tanınan dəbdəbəli sarayın fəaliyyətini idarə edir.
Geri qayıt |