Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub

Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub


Bu gün, 17:10

İnşaat şirkətlər qrupu “Avant Group”un İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, iyun ayından etibarən şirkətin Baş maliyyə inzibatçısı Dünyamin Səfərəliyev müvafiq vəzifəyə təyin edilib.

O, 2024-cü ildən etibarən “Norm” ASC-dən bu şirkətə baş maliyyə inzibatçısı kimi gəlib. Səfərəliyev daha əvvəl həmin şirkətdə 7 ildən çox maliyyə meneceri və digər maliyyə rəhbər vəzifələrində çalışıb.

Karyerası audit və maliyyə sahəsində formalaşıb. O, 2011–2013-cü illərdə “Azercell Telecom”da daxili auditor, daha sonra “Baker Tilly Azerbaijan”da audit assistenti kimi fəaliyyət göstərib. 2013–2014-cü illərdə “Bahar Energy Operating Company”də daxili auditor vəzifəsini icra edib.

“Avant Group” 2010-cu ildə Azərbaycanda yaradılıb və əsasən inşaat, daşınmaz əmlak və istehsal sahələrində fəaliyyət göstərən regional şirkətlər qrupudur. Şirkət ilkin olaraq “Avant Construction” kimi başlayıb və sonradan tikinti və istehsal istiqamətləri ilə genişlənib.

Fəaliyyətində iri yaşayış kompleksləri, dövlət və özəl tikinti layihələri, eləcə də fasad materialları və mebel istehsalı əsas yer tutur. Rəsmi məlumatlara görə 30-dan çox böyük layihə icra edib, 4800+ mənzil təhvil verilib və 13–14 min nəfərə yaxın insan onların inşa etdiyi komplekslərdə yaşayır.

Avant Group hazırda Azərbaycanla yanaşı Gürcüstan və Özbəkistanda da layihələr həyata keçirir.


Geri qayıt