Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünyanın ən məşhur rəsm əsərində Azərbaycan ilə bağlı detallar
Dünyanın ən məşhur rəsm əsərində Azərbaycan ilə bağlı detallarBu gün, 08:00 |
|
Sizlərə qeyri- adi və dünyaca məhşur bir rəsm əsəri təqdim edirəm...
Hazırda Londonda Milli Qalareyada nümayiş etdirilir.Hans Holbeynin "Səfirlər" tablosu 1533-cü ildə Londonda çəkilib.
Almaniyada anadan olan rəssam uzun müddət Londonda yaşayıb. Onun "Səfirlər" adlı bu rəsm əsəri dünyanın ən bahalı əsərlərindən sayılır.
Rəsmin mərkəzində dayanan soldakı şəxs – Jan de Dintevil Fransa kralı I Fransiskin İngiltərə sarayındakı rəsmi səfiri idi. Yanında isə yaxın dostu, gənc yepiskop və diplomat Jorj de Selv Fransadan Londona, dostunun yanına qonaq gəlib.
Hans Holbeynin "Səfirlər" tablosuna sırf Azərbaycan coğrafiyası, tarixi və mədəniyyəti kontekstindən yanaşsaq, rəsmdəki elementlər arasında birbaşa və ya dolayısı ilə regionumuzla bağlı maraqlı detallar tapmaq mümkündür
1) Xalça:
Bu Qazax xalça məktəbinin məhşur "Dördbuynuz" xalçasıdır. Forma baxımından onlar sadə görünüşə malik olsalar da, şahmat formalı düzülüşləri ilə qədim dövrlərə aid olma təsəvvürü yaradır. Xalçanın üzərindəki həndəsi naxışlar, medalyonlar və rəng kompozisiyası qədim Azərbaycan xalçalarına xasdır.
Bu xalçalarda tamğa əks olunduğuna görə, Qafqaz, Ön Asiya və Qazaxıstan toxucuları onu həm də "Tamğalı" adlandırırılar.Xalçanın kənar naxışlarında və mərkəzində istifadə olunan yaşıl rəng o dövrdə Səfəvi imperiyasına işarə edir.
2) Qlobus və böyük İpək yolu
Diqqətlə baxdıqda qlobusun üzərində Avropadan Şərqə – Asiyaya doğru uzanan qədim ticarət marşrutları, o cümlədən Böyük İpək Yolunun keçdiyi xətlər qeyd olunub.
Azərbaycan coğrafiyası XVI əsrdə bu beynəlxalq ipək ticarətinin əsas mərkəzlərindən biri idi. Qlobusun üzərində Avropalı dənizçilərin və səyyahların qeyd etdiyi Xəzər dəniz və onun cənubunda Təbriz şəhərinin yerləşdiyi coğrafiya və bura uzanan karvan yolları işarələnib. Çünki 1530-cu illərdə ingilis və fransız tacirləri Hindistana və Çinə getmək üçün Osmanlıdan yan keçən alternativ xətlər – məhz Xəzər və Təbriz xəttini önəmli hesab edirdilər.
3) Diplomatiya
1533-cü il Azərbaycan tarixində Şah İsmayılın vəfatından sonra Şah Təhmasibin hakimiyyətinin ilk illərinə təsadüf edir. Həmin dövrdə Fransa kralı I Fransisk Səfəvi imperiyası ilə ittifaq qurmaq üçün Şərqə gizli elçilər göndərirdi. Məhz rəsmdə olan bu iki səfir Avropanı Səfəvilərlə danışıqlar aparan diplomatlar korpusunun nümayəndələrindən idilər.
4) Geyim:
Solda duran Jan de Dintevilin çəhrayı-qırmızı rəngli qolları və sağdakı Jorj de Selvin qəhvəyi naxışlı xalatı parıltısına diqqət yetirin.XVI əsrdə Avropa zadəganlarının geyindiyi bu cür ağır və naxışlı ipək qumaşlar birbaşa Şəki və Şamaxıdan Avropaya ixrac olunan xam ipəklə toxunurdu, ya da Səfəvi sarayından Avropa krallarına hədiyyə göndərilirdi.
müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"
Geri qayıt |