Əsas Səhifə > Ana xəbər / Güney Press > Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK...

Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK...


Bu gün, 06:40

İstanbul hava limanında Gürcüstan vətəndaşı olan və 7 ildir ki, ailəsi ilə Varşavada yaşayan gənc soydaşımızla tanış oldum. Üzündən xoşbəxtlik yağırdı. Azərbaycanı Vətəni hesab edir, buna görə də vaxtaşırı gəlir. Azərbaycanda da işləməyə cəhd edib, amma gileylənərək bildirdi ki, “monopoliyadır hər yerdə, iş yoxdur”. Bildirdi ki, son illərdə Polşada azərbaycanlıların sayı xeyli artıb. Ali təhsillilər yüksək səviyyəli yerlərdə çalışır. Sahibkarlarımız da orada var. O isə taksi sürücüsüdür. Həyat yoldaşı da işləyir. Çox razılıq etdi Polşadan: vergini ver və xoşbəxt yaşa, üstəlik uşaq pulu da ödəyirlər, hər sahədə də qayda-qanun var. Soruşdum ki, bəs niyə Gürcüstanda qalıb işləməyib. Cavab verdi ki, Polşada şərait Gürcüstandan daha yaxşıdır, amma Gürcüstanda Azərbaycandan yaxşıdır: gürcü imkan verməz ki, haqqına girsinlər...
P.S. Polşada heç vaxt olmamışam, polyakları Avropanın ən millətçi xalqlarından hesab edirdim indiyədək. Deyəsən, azərbaycanlılar Vətəndən başqa hər yerdə xoşbəxtdirlər, hətta millətçilər məmləkətlərində də...
Müəllif: Əkrəm Həsənov - "DİA-AZ"

Geri qayıt