Əsas Səhifə > Ana xəbər / Güney Press > Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub

Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub


Bu gün, 17:11

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.

"Report"nazirliyə istinadən xəbər verir ki, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.


Geri qayıt