Əsas Səhifə > Ana xəbər / Güney Press > "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..."
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..."Bu gün, 09:52 |
|
"Putin mənim tərəfdaşımdır, biz birlikdə işləyən iki ölkənin lideriyik. İndi, əgər mən " Haykakan Jamanak " ın baş redaktoru olsaydım , Putin mənim dostum olardımı?"
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan bunu İctimai Televiziyada Lukaşenko və Putinə münasibətdəki fərqlə bağlı sualı cavablandırarkən bildirib.
"Biz iki ölkənin lideri, tərəfdaşıq və hər ikimiz Avrasiya İqtisadi Birliyi Ali Şurasının üzvüyük. İldə iki dəfə bir-birimizlə görüşüb söhbət edirik... Axı ikitərəfli münasibətlər mövcuddur. Normal münasibətlərimiz olan bütün ölkələrin liderləri mənim dostlarımdır. Makron mənim dostumdur, Donald Tramp mənim dostumdur. Hətta mən Ermənistanın Baş naziri olmasam və başqa işlərlə məşğul olsam belə, həmin insanlarla dost olacağam", - deyə Paşinyan diqqətə çatdırıb.
Geri qayıt |