Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilirBu gün, 06:18 |
|
Rusiya Ermənistanda hakimiyyətin demokratik prinsiplərə və seçki prosedurlarına əməl edəcəyinə ümid etdiyini bəyan edib. Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib. Zaxarova qeyd edib ki, Moskva İrəvanın müxalifət nümayəndələrinin seçkilərdən kənarlaşdırılması istiqamətində addımlar atmaq cəhdlərini müşahidə edir. Onun sözlərinə görə, belə bir qərar Ermənistandakı bütün seçki prosesinin legitimliyini şübhə altına qoya bilər. Diplomat vurğulayıb ki, müxalif qüvvələrin seçkilərdə iştirak imkanlarının məhdudlaşdırılması demokratiya prinsiplərinə zidd addım kimi qiymətləndirilə bilər. “İrəvanda demokratik prosedurlara yalnız sözlə deyil, əməldə də riayət olunacağını gözləyirik. Ermənistan hakimiyyəti indiyədək hər fürsətdə bu prinsiplərə sadiqliyindən danışıb”, - deyə Zaxarova bildirib. Geri qayıt |