|

Ermənistan Silahlı Qüvvələrinin keçmiş yüksək rütbəli komandirlərindən biri olan general-leytenant Tiran Xaçatryana qarşı yeni ittiham irəli sürülüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan məlumat yayıb. Vəkilin sözlərinə görə, Xaçatryan bu dəfə xuliqanlıqda ittiham olunur. İddia edilir ki, general 2023-cü ilin sentyabrında yüksək sürətlə hərəkət edən və yolu bağlayan insanların üzərinə gələn avtomobilə zərbə vurub. Arutyunyan hadisə ilə bağlı cinayət işinin uzun müddət hərəkətsiz qaldığını vurğulayıb. Onun sözlərinə görə, üç ilə yaxın müddətdə faktiki olaraq heç bir istintaq hərəkəti aparılmadığı halda, son vaxtlar qəfil şəkildə ittiham irəli sürülüb, ibtidai istintaq başa çatdırılıb və iş məhkəməyə göndərilib. Qeyd edək ki, Tiran Xaçatryan son illərdə Ermənistanın hərbi və siyasi gündəmində ən çox müzakirə olunan generallardan biri olub. Müxalif düşərgə və generalın tərəfdarları bu prosesləri siyasi təzyiq kimi qiymətləndirsələr də, Ermənistanın hüquq-mühafizə orqanları ittihamların hüquqi əsaslarla araşdırıldığını bildirirlər.
Geri qayıt
|