Əsas Səhifə > Ana xəbər / Güney Press > Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu
Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutulduBu gün, 12:33 |
|
Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, Qənbərli Şaiq Akif oğlu aralarında ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb və həmin videonu onun yaxın ətrafına göndərib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri ilə videonu gizlicə çəkənin Şaiq Qənbərli olduğu müəyyən olunub və o istintaqa cəlb edilib.
Qeyd edək ki, Şaiq Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlmişdir.
![]() Geri qayıt |