Əsas Səhifə > Ana xəbər / Güney Press > Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub

Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub


Bu gün, 12:31

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.

"Report"xəbər verir ki, E.Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.

Əmək fəaliyyətinə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda başlayan Elçin Vəliyev müxtəlif illərdə neft-qaz sənayesi sahəsində çalışıb. 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.


Geri qayıt