Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır

Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır


Bu gün, 06:04

Ermənistan hazırda faktiki olaraq Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır və bunun nəticələrinin Kiyev üçün olduğu kimi olmaması üçün ciddi düşünmək lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Vesti" telekanalına müsahibəsində danışıb.

O xatırladıb ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ermənistanın Ukraynanın 2013-2014-cü illərdəki təcrübəsini təkrarladığını bildirmişdilər.

"Burada ciddi şəkildə düşünmək lazımdır ki, Ukraynada baş verənlər Ermənistanın da başına gəlməsin", – deyə Şevtsov vurğulayıb.

Rusiya rəsmisinin sözlərinə görə, regionda baş verən proseslər diqqətlə izlənilməli və mümkün risklər nəzərə alınmalıdır.


Geri qayıt