Əsas Səhifə > Ana xəbər / Güney Press > “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edibBu gün, 15:45 |
|
“Premium Bank” ASC-nin İdarə Heyətinin üzvlərindən biri və bankın mühüm rəhbər vəzifələrindən birini tutan şəxs postunu tərk edib. Banker.az xəbər verir ki, bu, Fərid Abbasov Ağalar oğludur. Məlumata əsasən, o 1 iyundan etibarən bankdakı fəaliyyətini dayandırıb. Bununla da, İdarə Heyətinin üzvlətinin sayı sədrlə birlikdə ikiyə düşüb. Abbasovun yerinə hər hansısa təyinat olmayıb. 2024-cü ildən F.Abbasov bankın Baş risk inzibatçısı vəzifəsində çalışırdı. Qeyd edək ki, son illərdə Azərbaycan banklarında Baş risk inzibatçısı (Chief Risk Officer – CRO) vəzifəsi bank sektorunda xeyli gücləndirilib və artıq bir çox hallarda sədrdən sonra ən təsirli rəhbər vəzifələrdən biri hesab olunur. Mərkəzi Bankın “Banklarda risklərin idarə olunması haqqında Qaydalar“ına görə, Baş Risk İnzibatçısı kredit, investisiya və ya yeni məhsulla bağlı qərarla razılaşmazsa, məsələ Müşahidə Şurasına çıxarılmalıdır və həmin qərarın icrası müvəqqəti dayandırılır. Bu isə çox ciddi veto hüququna bənzər səlahiyyətdir. Qaydalara əsasən CRO risklərin idarə olunması, kredit, investisiya və yeni məhsullar üzrə qərar qəbul edən komitələrin üzvü olmalıdır. Yəni bankın əsas biznes qərarları onun iştirakı olmadan verilmir. Geri qayıt |