Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olubBu gün, 12:40 |
|
“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Banker.az xəbər verir ki, Nofəl İsmayılov Cavanşir oğlu şirkətin Müşahidə Şurasının yeni üzvü seçilib. O, hazırda “İnno Kapital”a yaxın olan “Monetri BOKT”nin direktorudur. Bununla da Müşahidə Şurasının tərkibi Şahin Rəcəbov (sədr), Vüqar Mirzəyev, Babək Orucov və Nofəl İsmayılovdan ibarət olub. Xatırladaq ki, “İnno Kapital” 2012-ci ildə “PSG Kapital” adı ilə yaradılıb, 2025-ci ildə rebrendinqi edib. Şirkət 1 avqust 2016-cı il tarixində verilmiş 01 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 6.25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur. Geri qayıt |