Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib

“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib


Bu gün, 10:56

BOKT “Azkredit” ASC-nin idarəetmə strukturunda dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, İdarə Heyətinin üzvü və baş mühasibi vəzifələrini icra edən Musayev Amil Arif oğlu vəzifələrindən ayrılıb. Hazırda onun vəzifəsi vakantdır. O, 2020-ci ildən bu vəzifədə çalışırdı.

“Azkredit” BOKT 2025-ci ili 884 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 23% azdır. Hesabat dövründə kredit portfeli 19.9% artaraq 2.85 milyon manata yüksəlsə də, əməliyyat və işçi xərclərinin artması mənfəətə mənfi təsir göstərib.

Xatırladaq ki, “AzKredit” ASC 2019-cu ildə MMC kimi təsis edilmiş, 2020-ci ildən ASC formasında fəaliyyət göstərir. BOKT-nin nizamnamə kapitalı 600 min manat təşkil edir — 2024-cü illə müqayisədə 300 min manat artıb.


Geri qayıt