Əsas Səhifə > Ana xəbər / Güney Press > İsi Mustafayev yüksək vəzifəyə təyin edildi
İsi Mustafayev yüksək vəzifəyə təyin edildiBu gün, 11:33 |
|
“Azərpoçt”un keçmiş rəhbəri “PAŞA Kapital”a Baş İcraçı direktor təyin olunub. "DİA-AZ" APA-ya istinadla xəbər verir ki, İsi Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru vəzifəsinə təyin olunub. Bu barədə məlumat şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlanıb. Bildirilib ki, İsi Mustafayev maliyyə sektorunda uzunmüddətli idarəçilik təcrübəsinə malikdir. O, 2023-2026-cı illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. İ.Mustafayev bundan əvvəl 2020-2021-ci illərdə Rabitəbank ASC-də, 2016-2020-ci illərdə isə AG Bank ASC-də departament direktoru olub. O, əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə isə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı və Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini tutub. Şirkət rəhbərliyi İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrindəki geniş təcrübəsinin “PAŞA Kapital”ın gələcək inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. Geri qayıt |