Əsas Səhifə > Ana xəbər / Güney Press > Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur?
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur?Bu gün, 07:04 |
|
"Niyə dövlət qurumlarımızın saytlarına xaricdən (xarici provayderlər vasitəsilə) daxil olmaq olmur? Bununla fərdi məlumatlar qorunur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Xeyr. Çünki fərdi məlumatlara çıxış üçün onsuz da elektron imza (ASAN imza və s.) tələb olunur. Həm də bəzi saytlarda heç bir fərdi məlumat da yoxdur. Məsələn, https://e-qanun.az saytında qanunvericiliyimizdir, sirr təşkil edən heç nə yoxdur, açıq məlumatdır. Amma bu sayta da daxil olmaq olmur.
Odur ki, səbəb sadəcə ən ucuz və bəsit yolla saytı hücumlardan qorumaqdır. Bu yolla gedən digər dövlətlər, məsələn, bunlardır: Çin, Rusiya, İran, Şimali Koreya, Kuba, Türkmənistan.
İnkişaf etmiş ölkələr isə saytlarını primitiv şəkildə kənar IP-lərin bloklanması yolu ilə deyil, daha mürəkkəb və çevik, amma bahalı vasitələrlə qoruyurlar.
Məmurlarımızın digər sahələrə də yanaşması belədir. Savadları çatmadığı üçün, ayrılan vəsaitin başına daş salınması üçün ən sadə və primitiv yolla gedirlər: QADAĞA!"
Geri qayıt |