|

Bakıda fəaliyyət göstərən və nizamnamə kapitalı cəmi 20 manat olan növbəti şirkətin dövlət büdcəsinə olan rəsmi borcu dodaq uçuqdurur.
32gun.az xəbər verir ki, "N-TURAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında ümumilikdə 328 026.02 AZN məbləğində irihəcmli vergi borcu öhdəliyi üzə çıxıb.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi (3-cü mikrorayon), ev 29 olaraq qeydiyyata alınan bu şirkətin idarəçiliyində tez-tez rəhbər dəyişikliyinin baş verməsi diqqət çəkir. Belə ki, şirkət rəsmi sənədlərə əsasən əvvəlcə Asif Yusif oğlu Quliyev, daha sonra Bəkir Yusif oğlu Quliyev və Sahil Qəni oğlu Qaraşlı tərəfindən idarə olunub. Şirkətin 300 min manatdan çox borcla gündəmə gəldiyi hazırkı dövrdə isə ən son qanuni təmsilçisi və rəhbəri kimi Muğan Yaqub oğlu Mustafayev qeyd olunub. Cəmi 20 manatlıq simvolik kapitalla qurulan və mütəmadi olaraq əldən-ələ keçən bu şirkətin yüz minlərlə manatlıq vergi borcuna necə batması ciddi suallar doğurur.
Geri qayıt
|