Əsas Səhifə > Ana xəbər / Güney Press > Şikayətlər artır, həll isə yoxdur:
Şikayətlər artır, həll isə yoxdur:Bu gün, 15:17 |
|
Vətəndaşların sosial problemlər, infrastruktur çatışmazlıqları və müraciətlərinin cavabsız qalması ilə bağlı narazılıqları davam edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, vətəndaşların şikayətləri yalnız icra hakimiyyətlərinə deyil, dövlətin müxtəlif qurumlarına da ünvanlanır.
“İcra hakimiyyətləri çox zaman bildirirlər ki, bu və ya digər məsələnin həlli onların səlahiyyətləri çərçivəsində deyil. Bu vəziyyət həm həmin qurumların həqiqətən də kifayət qədər resurslara malik olmamasından, həm də bəzi hallarda icra başçılarının şəxsi yanaşmalarından qaynaqlanır.
Lakin bəzi hallarda onlar özlərini əlavə problemlərlə yükləmək istəmir, daha rahat yolu seçərək vətəndaşlara şablon cavablar göndərirlər. Nəticədə problem həll olunmamış qalır, bu isə vətəndaşlarda narazılıq yaradır”.
“Problemlərin həll edilməməsi dövlətin vətəndaşın yanında olduğu hissini zəiflədir. Gələcəkdə yerli idarəetmə mexanizmləri yenidən qiymətləndirilməli, insanların problemlərini daha effektiv həll edə biləcək idarəetmə sistemi formalaşdırılmalıdır”.
Geri qayıt |