Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB-ə yeni təyinat
TƏBİB-ə yeni təyinatBu gün, 11:37 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara Nigar İbrahimova təyin olunub. Trend-in əldə etdiyi məlumata görə, o, bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu. Geri qayıt |