Əsas Səhifə > Ana xəbər / Güney Press > “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

“ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub


Bu gün, 09:53

“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fariz Rəhimov Faiq oğlu və Ülvi Qasımov Qasım oğlu müvafiq posta seçiliblər. Hər iki şəxs ana şirkət olan ABB-də Ofis rəhbəri olaraq çalışırlar.

Hazırda Müşahidə Şurasına Aqşin Əmirov Zəkaray oğlu sədrlik edir. Digər iki üzv isə Rövşən Cavadov Nazim oğlu və Məcid Məmmədov Həsən oğludur.

Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.


Geri qayıt