Əsas Səhifə > Ana xəbər / Güney Press > DOST Agentliyində yeni təyinatlar

DOST Agentliyində yeni təyinatlar


Bu gün, 18:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin filiallarında yeni təyinatlar olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Xudanlı Faiq Elman oğlu Qarabağ DOST Evi şöbəsinin müdiri, Kamranlı Kamran Cəlilağa oğlu İsmayıllı DOST Evi filialının direktoru təyin olunublar. 

Qeyd edək ki, Faiq Xudanlı təyinatına qədər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının direktoru vəzifəsində, Kamran Kamranlı isə Qarabağ DOST Evi şöbəsinin müdiri vəzifəsində çalışıb.


Geri qayıt