Əsas Səhifə > Ana xəbər / Güney Press > DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı?

DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı?


Bu gün, 07:09

Uşaq pulu istəyən insanları lağa qoyanlar, təhqir edənlər bir şeyi başa düşmür: söhbət kiminsə cibinə pul qoymaqdan yox, ailələrin yükünü yüngülləşdirməkdən gedir.
Bu gün bazarda qiymətləri hamı görür. Uşaq saxlamağın xərcini valideynlər hər gün yaşayır. Üstəlik, söhbət imkan olmayan bir məsələdən getmir. Dövlət büdcəsinin həcmi, neft gəlirləri, valyuta ehtiyatları və son illərdə artan vergi daxilolmaları göstərir ki, ailələrə uşaq pulu verilməsi üçün iqtisadi imkan mövcuddur. Məsələ vəsaitin olub-olmamasında deyil, sosial prioritetlərin necə müəyyənləşdirilməsindədir.
Amma qəribəsi odur ki, ən çox etiraz edənlər nə həmin xərcləri çəkir, nə də həmin ailələrə bir dəstək verir. Sadəcə başqasının haqq tələb etməsindən narahat olurlar.
Həm "doğum azalır", "gənclər ailə qurmur" deyə narahat olmaq, həm də ailələrə dəstək mexanizmlərinə qarşı çıxmaq ikiüzlülükdür. Güclü dövlət istəyiriksə, əvvəlcə ailəni və uşağı düşünməliyik.
Uşaq pulu dilənçilik deyil, sosial siyasətin normal və zəruri elementidir. Buna qarşı çıxanlar isə problemi həll etmək əvəzinə, problemi yaşayan insanları hədəfə alırlar.
Müəllif: Arifə Əliyeva - "DİA-AZ"

Geri qayıt