Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilərin səngər yoldaşı...
Ermənilərin səngər yoldaşı...Bu gün, 06:31 |
|
Yezidi kürdlərin Qafqaza gəlişi: Erməniləşmiş Allahsız və "kitab"sızlar
Kimdi yezidi kürdləri? Onları ermənilər niyə bu qədər qoruyur?Deportasiya etmir, qız alıb, qız verirlər...?
Bu suallara cavab tapmaq üçün erməni mənbələrə istinad etmədən nəsə yazmaq mümkün deyil.Deməli, erməni mənbələr yazır ki, 1988-1994-cü illərdə işğalçı Ermənistanın Qarabağ uğrunda apardığı döyüşlərdə
500 yezidi kürdü erməni separatçılarının tərəfində vuruşub. Rəsmi statistikaya əsasən, onların 36-sı öldürülüb, 4 nəfəri isə itkin düşüb.
Axı erməni ilə qan bağı, dini, dili eyni olmayan bu toplum nə istəyir, kimlərdir?
Yezidi kürdlərin sayı, Qafqaza gəlişi, əlifbası, dili...
Beynəlxalq təşkilatların hesabatlarına görə planetimizdə 1milyon – 1, 5 milyon civarında yezidi kürdü yaşayır.
Müasir Ermənistanda yezidi icması 1877–1878-ci illərdə formalaşmağa başlayıb. Rus-türk müharibəsi zamanı minlərlə yezidi kürdü şərqə üz tutur. İkinci miqrasiya isə Birinci Dünya müharibəsi zamanı baş tutur. Onlar əsasən Ermənistanın Araqaçotn, Armavir, Ararat, Şirak, İrəvan şəhəri ətrafı, Gümrü, Vağadnazor, Abovyan, Dilican və Taşir ətrafı ərazilərə köç ediblər. Yezidi kürdləri əsasən maldarlıq, qoyunçuluq və əkinçiliklə məşğul olurlar. Ermənistan SSR-də kürd mədəniyyəti 1930–1980-ci illərdə dövlət dəstəyi sayəsində çiçəklənirdi. 1925-ci ildə Ermənistanda Cənubi Qafqaz kürdlərinin birinci qurultayı keçirilmişdir.
Qurultayda kürd əlifbasının təşkili qərara alınır. Kürd pedaqoji kolleci 1928-ci ildə təşkil edilir. 1920-ci ildə ilk kürd dili təmayüllü məktəblərin təşkilinə baxmayaraq əhalinin 1920-ci illərdə böyük əksəriyyəti savadsız olaraq qalırdı. Sovet dönəmində İrəvanda kürd dilində ilk verilişlər yayımlanır. İrəvanda kürd dilində Riya teze adlı qəzet buraxılır. Sonradan isə Botan adlı qəzet işıq üzü görür. 1969-cu ildə Ermənistan Milli Elmlər Akademiyası nəzdində kürd mədəniyyətini araşdırma departamenti təşkil edilir.
1937-ci ildə, cənub sərhədlərinin təmizlənməsi çərçivəsində, "etibarlı olmayan" kürdlərin Zaqafqaziyadan, o cümlədən Ermənistandan Orta Asiyaya deportasiyası həyata keçirildi.
Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin sayı 800 mini ötüb. Ermənistanda 2019-cu ilin siyahıyaalmasında burada yaşayan yezidilərin sayını dəqiqləşdirib.Erməni mənbələri yazır:” Ermənistan yezidiləri ittifaqının sədri Əziz Tamoyan 3 milyonluq dünya yezidiliyinin yalnız Ermənistanda bütün hüquqlarla təmin olunduğunu vurğulayır. Bununla belə, işsizlik səbəbindən yezidilərin kütləvi mühacirətini və ölkə parlamentində 1 deputatlarının olmamasını da qınayır:“Bizim sayımız 60 min nəfərə çatıb. Ölkədəki milli azlıqlar arasında ən çoxsaylısı bizik. Hesab edirəm ki, biz heç olmasa 1 deputat sahibi olmalıyıq. Həm də Qarabağ müharibəsində iştirak etmişik”.
Yəqin elə bu səbəbdəndir ki, ermənilər özləri ilə təfəkkürcə eyni olan bu topluma çox mehriban yanaşma sərgiləyir. Beləki, bu mövzu ilə bağlı məlumatlarda deyilir ki, 1990-cı ildən Yerevanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzeti nəşr olunur. Yerevan rəsmləri iki xalqın dostluğunu nümayiş etdirmək üçün 2012-ci ilin sentyabrında Armavir vilayətində yezidi kürdlər üçün Laleş məbədi inşa etdirib. Bu münasibətlə dünya yezidilərinin dini lideri Mire-Mira Tahsin Ermənistana rəsmi səfər edərək, prezident Serj Sarksiyanla görüşlər keçirmişdi.
Hazırda kürd-yezidilər Ermənistanda 4 ictimayi icmada birləşmişlər: Kürd Ziyalılar Şurası, "Kürdüstan" Komitəsi, Erməni-Kürd Dostluq Cəmiyyəti və "Yezidilərin Milli Birliyi". Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, David Anaxta Universitetində kürd şöbəsi vardır. Üstəlik Ermənistan Yazıçılar Birliyində kürd yazıçılarından ibarət bölmə də fəaliyyət göstərir. Yəni, ermənilər Ermənistanda ən böyük etnik olduqlarına baxmayaraq bu günə qədər onlara muxtariyyət verməyib.
Yezidilərin dini, inancları, Mələk Tavus"ları, ziyarətgahı...
![]() Yezidilərin inandığı din yəzdanizm adlanır. Yezidi sözü bu dinin tanrısı olan Azda sözündən əmələ gəldiyi ehtimal edilməkdədir. Kürd dilində tanrı sözünü ifadə edən iki növ söz vardır: Ezda və Xveda Ezda məni yaradan, verən və var edən anlamına gəlməkdədir. Xweda isə özü tərəfindən yaradılmış, öz-özünə var olan anlamanında işlədilir. Səmavi dinlərdə olduğu kimi yəzdanizm dinində də dünyanın tanrı tərəfindən yaradıldığı qəbul edilir. Sadəcə tanrı dünyanı yaratamaqla kifayətlənib, dünyanın idarəsi isə insanların iradəsi ilə bir başa bağlıdır. Yezidilik inancında Mələk Tavus simvolu mühüm yer tutur.
Tovuz quşuna bənzəyən və əsas tanrı Azda tərəfindən yaradılan Mələk Tavusa yaradıcısı tərəfindən kainatı və insanları xəlq etmək vəzifəsi verilimişdir. Mələk Tavus qürurlu bir mələk olduğundan tanrıya üsyan etmiş, cəza olaraq isə 40.000 il Azda tərəfindən odda yanmaq cəzası ilə cəzalandırılmışdır. Yezidilər Mələk Tavusun odda yandığı müddətcə tökdüyü göz yaşlarının, yanar odu söndürdüyünə inanırlar.
Yəzdanizm dinində Mələk Tavus ən güclü mələk və eyni zamanda tanrı Azda tərəfindən bağışlanılmış şeytan olaraq qəbul edilir. Bu adı tələffüs etmək, adın müqəddəs olması səbəbindən günah hesab olunur.
Yəzdanizm dinin əsas simvollarından olan Mələk Tavus inancı, Zərdüşlük və Mitraizm kimi dinlərdən təsirlənərək yaradıldığı məlumdur. Günümüzdə Yezidilər dini inanclarını və mərasimlərini qapalı yığıncaqlarda keçirməyə üstünlük verirlər. Yəzdanizmdə quşlara və ilanlara olan hörmətin 6000 il bundan əvvəl yaranmış quşa sitayiş edən inanclardan gəldiyi ehtimal edilir.
Laliş məbədi (kürd. Lalişa Nûranî) - Yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilndə yerləşir.
Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibəti ilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır.
Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər. Bununla da hər bir yezidinin məbədə xidmət etməli olduğu fikiri aşılanır. Mələk Tavusa inanmaqları səbəbindən İraq Şam İslam Dövləti tərəfindən kafir elan edilən yezidilərin 500 nəfərə yaxını 2014-cü ilin avqust ayında Sinjar qətliamı əsnasında öldürmüşdür. Bu səbəbdən İraqda İŞİD nəzarəti altında olan bölgələrdən qaçan yezidilər, Laliş məbədinə gərək burada sığınmaq məcburiyyətində qalmışdılar.
Bir sözlə, yezidilər – özlərini kürdlərdən ayırmış və çoxluq etibari ilə xristianlığı ve yaxud Xususi Yezidizm dinini qəbul etmiş , ermenilere qaynayıb-qarışmış, türkləri özlərinə düşmən bilən bir toplumdur. Fakt olaraq qeyd edim ki, Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan kürd millət vəkili Knyaz Həsənov dəfələrlə parlament iclaslarında bildirib ki, erməni və kürd xalqlarının ortaq düşməni - Türk hökumətidir və Türkiyənin uzaq planlarının qarşısını almaq üçün bu iki millətin əməkdaşlıq etməsi zəruridir:"Erməni və kürd xalqlarının ortaq bir düşməni - Türk hökuməti olduğunu nəzərə alaraq, xalqlarımız bir-biri ilə əməkdaşlıq etməli, partiya səviyyəsində ünsiyyət qurmalı və türk hökumətinin xalqlarımızla əlaqəli uzaq planlarına qarşı çıxmalıdır".
Qeyd edim ki, bu ilin fevralında PKK terror təşkilatının başçısı “Apo” ləqəbli Abdullah Öcalanın Kenyada saxlanılaraq Türkiyəyə gətirilməsinin 24-cü ildönümündə Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs tərəfindən yürüş keçirilib. BMT-nin Ermənistan ofisinin qarşısında davam edən etiraz aksiyası zamanı Ermənistan Kürd Milli Şurasının sədri və eyni zamanda da Nikol Paşinyanın başçılıq etdiyi "Mənim Addımım" fraksiyasından olan yezidi kürd əsilli deputat Knyaz Həsənov çıxış edib.
“Biz bu gün bu məsələ ilə bağlı səsimizi ucaltmaq üçün BMT ofisinin qarşısına toplaşmışıq. Biz Öcalanın heç olmasa həyatının son illərində azad olmasını tələb edirik. Kürd xalqının lideri Öcalan Türkiyə həbsxanasında işgəncələrə məruz qalır”.
Müəllif: Əntiqə Rəşid - "DİA-AZ"
Geri qayıt |