Əsas Səhifə > Ana xəbər / Güney Press > ACI REALLIQLAR...

ACI REALLIQLAR...


Bu gün, 07:20

Cüzi maaş alan professor necə yüksək maddi imkanlara sahib ola bilir axı?! Dərd odur ki, biz ağına-bozuna baxmadan zərərli əməl sahiblərini tituluna, puluna və qan içmək məharətinə görə təqdir edirik, "doktor nauk", "professor" deyib az qala səcdə edirik və hətta övladımızın da onun kimi olmasını arzu edirik.
Ata tələbə oğluna nəsihət edir:
- "Sizə ədəbiyyatdan mühazirə oxuyan professor Məmiş Dadaşovdur. Görkəmli adamdır. Rəhmətlik atası Dadaşı tanıyırdım, traktorçu idi, yaxşı kişi idi. Məmiş müəllimin 2 qızı, Bakıda Torqovıda 3 evi var, maşını, bağı... , adam pula pul demir. 1 ay əvvəl bir tanışın toyuna 400 dollar pul salıb. Özünü yaxşıca tutub, bu yaxında "Tərəqqi" medalı da alıb. Yaxşı əlaqələri var, seçki olan kimi akademik edəcəklər. Gör, oğul, qılığına gir, qızı ilə evlən, gir evinə, yaşa. İndi elə dövrdür. Professor adı alıb cinayətlə gəlir əldə etmək Kəbə ziyarətinə gedib "hacı" olmaqdan daha müqəddəs, daha hörmətli və daha gəlirlidir! Bilirəm ki, qan içib pul qazanmaq sənlik deyil. Az-çox savadın var, oxuyursan, özün də yaraşıqlı oğlansan. Ona görə də, barı professorun hesabına ailə-uşaq sahibi olub əl-ayağı təmiz yaşayarsan. Pula pul deməyəcəksən, sənə uşaq pulu istədiyinə görə "fa**şə kişi" də deməyəcəklər. Daha nə istəyirsən?!"
Sonumuzu yaxınlaşdıran reallıqlar...
Bəli, nə qədər ki, kor olub ağı qaradan seçə bilməyəcəyik və ya bilə-bilə heyvan kimi yalnız tamahımızın əsiri olacağıq, bizə xoş gün olmayacaq.

Müəllif: İdris Abbasov - dilçi alim 

"DİA-AZ "


Geri qayıt