Əsas Səhifə > Ana xəbər / Güney Press > Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı
Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladıBu gün, 10:48 |
|
Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canana ilə İTV-nin tanınmış aparıcısı Saleh Bağırov arasında qalmaqal yaranıb. "Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə heç yerdə görünməsin və yerini bilsin! Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara!" Canana isə məsələ ilə bağlı İctimai Televiziyanın rəhbərliyinə müraciət ünvanlayıb. "Hörmətli İctimai Televiziyanın rəhbərliyi, Sizin kanalın siması olan Saleh Bağırov sosial şəbəkədə bir Azərbaycan qadınını – üç övlad anasını açıq şəkildə təhqir edib, alçaldıcı ifadələr işlədib. Mənə maraqlıdır, bu ixtiyarı ona kim verir? Sizmi? Kanalın adına arxayın olubmu bir qadının ləyaqətini bu qədər rahat tapdalayır? Məsələ sosial şəbəkələrdə ciddi rezonans doğurub. İstifadəçilərin əksəriyyəti Saleh Bağırovun səsləndirdiyi fikirləri sərt tənqid edib və aparıcının bu addımını qınayıb. Geri qayıt |