Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın “Məcid” sistemi ABŞ-nin dəstəyini azalda bilərmi?

İranın “Məcid” sistemi ABŞ-nin dəstəyini azalda bilərmi?


Bu gün, 07:36

Ermənistanda Respublika Günü paradında İran istehsalı olduğu ehtimal edilən hava hücumundan müdafiə sistemi də nümayiş etdirilib. Paradda Fransa və Hindistandan alınmış raket qurğuları, dronlar və zirehli texnika da gözə dəyib.
"DİA-AZ" xəbər verir ki, Ermənistanın Vaşinqtonla yaxınlaşdığı bir dövrdə Tehrandan silah alınması narahatlıq doğura bilər. Həm də Yerevandakı paraddan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Pashinyana 7 iyun parlament seçkiləri öncəsi açıq dəstək verib.
AD-08 “Məcid” adlı hava hücumundan müdafiə sistemi yük maşını üzərində quraşdırıllb. Onun ilk dəfə parad məşqlərində göründüyü bildirilir. Ölkənin bəzi media orqanları sistemlərin qismən örtülmüş vəziyyətdə görüntülərini yayıb, onların “Məcid” olduğunu bildirib.
AzadlıqRadiosunun erməni xidməti mayın 28-də həmin sistemlərin Respublika meydanından örtüksüz keçdiyini müşahidə edib. Lakin paradda aparıcı sistemin mənşəyi barədə konkret danışmayıb.

Geri qayıt