Əsas Səhifə > Ana xəbər / Güney Press > “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi”
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi”Bu gün, 10:56 |
|
Rubio ilə imzalanmış sənədlə Ermənistanın nadir torpaq elementlərinin böyük ehtiyatları Vaşinqtonun nəzarətinə keçib Rusiyanın rəsmi olaraq Ermənistana qaz və neft məhsullarının, eləcə də xam almazın ixracını dayandırılacağı ilə bağlı xəbərdarlığı artıq gecdir və faydasızdır. Musavat.com Rusiya mediasına istinadən xəbər xəbər verir ki, Rusiya politoloqları Kremlin sanksiya hədəsinə münasibət bildirərkən belə deyiblər. Yaxın Şərq və Orta Asiya məsələləri üzrə ekspert Semyon Baqdasarov “Svobodnaya Pressa”ya açıqlamasında deyib ki, Kreml bu addımı daha əvvəl atmalı idi: “Paşinyan 2018-ci ildə ABŞ-ın dəstəyi ilə Rusiyaya düşmən olan Britaniya və Türkiyə kəşfiyyat xidmətləri tərəfindən hakimiyyətə gətirilib. Beləliklə, İrəvana bu xəbərdarlıqla tam səkkiz il gecikmişik. Mən şəxsən mövcud vəziyyəti təsvir etmək üçün daha dəqiq, lakin daha sərt bir söz istifadə edərdim. Çünki bəli, məhz belə oldu. İndi isə əminliklə deyə bilərik ki, Ermənistan təsir zonamızdan ABŞ qanadına keçib. Dövlət katibi Marko Rubio İrevana səfəri zamanı hava limanından belə çıxmadan Ermənistanın xarici işlər naziri Mirzoyanla üç sənəd imzalayıb və sənədə əsasən, Ermənistanın bütün təbii sərvətləri Vaşinqtonun nəzarətinə keçir.” MGIMO-nun Avropa hüququ üzrə dosenti Nikolay Topornin isə o fikirdədir ki, Rusiya yaxın ətrafı olan ölkələrlə yaxşı münasibətlər qurmaq siyasəti üzərində ciddi şəkildə işləməlidir. “Biz, həmişə olduğu kimi, kiçik dövlətlərin bir sıraya düzülməsini, belə demək mümkünsə, baş əyməsini gözləyirik .Əgər onlar bunu etmirlərsə, deməli, biz onları tanımırıq və ya görmürük. Biz aydın şəkildə bildiririk ki, fransızlar, almanlar və ya amerikalılarla danışmaqda daha çox maraqlıyıq. Keçmiş Sovet respublikaları ilə dialoqa girməyi heç də zəruri hesab etmirik. Biz deyirik ki, onlar sürünərək bizə doğru gəlməlidirlər. Bu "imperiya kompleksindən" qurtulmalıyıq. Mən uzun müddətdir ki, buna diqqət çəkirəm və deyirəm ki, kiçik ölkələr, xüsusən də millətçi hökumətləri olan ölkələr xüsusi yanaşma tələb edir”deyə, o bildirib. Geri qayıt |