Əsas Səhifə > Ana xəbər / Güney Press > Qərbin “sonuncu erməniyə qədər” prinsipi...
Qərbin “sonuncu erməniyə qədər” prinsipi...Bu gün, 12:16 |
|
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin ləğvi ən geci iki il ərzində həll olunacaq. “Ermənilər müdrik xalqdır, amma problem ondadır ki, bu ölkədə də Ukraynadakı nəsil kimi düşünən bir nəsil yetişib. Xatırladım ki, 2004-2005-ci illərdəki birinci Maydan və 2013-2014-cü illərdəki ikinci Maydan zamanı Ukraynadakı problemlərin və etirazların əsas katalizatoru Avropaya inteqrasiya məsələsi idi. Əminəm ki, Brüsselin yüksək vəzifəli rəsmiləri Paşinyana Ukrayna hakimiyyətinə bir vaxtlar vəd etdikləri kimi, qızıl dağlar vəd edirlər. Amma indi Ukraynanın düşdüyü vəziyyətə baxın”. Musavat.com xəbər verir ki, politoloq Vladimir Karasev “Svobodnaya Pressa”(“SP”) belə deyib. O fikirlərini belə davam etdirib: “Düşünürəm ki, Ermənistanı da eyni tale gözləyir. Mən Qərbin Ukraynada istifadə etdiyi "son ukraynalıya qədər" - prinsipini indi də “son erməniyə qədər" prinsipi ilə əvəzlınməsini istəmirəm” deyə, politoloq bildirib. Onun sözlərinə görə, Paşinyan Qərblə flört etməyə davam edərsə, daha çox itirəcək. "Nədənsə, mənə elə gəlir ki, Ermənistan hazırda Ukraynada baş verdiyi kimi çökməyə doğru gedir. Ermənistan dövlətçiliyini və suverenliyini itirə bilər. Buna görə də hələ də ümid edirəm ki, Ermənistan xalqının ağıllı hissəsi məsuliyyətini başa düşəcək və nəticədə Rusiya ilə yaxşı, uzunmüddətli və dostluq münasibətləri qurmağı seçəcək” deyə, Karasev nəşrə bildirib. “Gələcəkdə Aİ-nin belə bir addım atması üçün heç bir fundamental maneə yoxdur. Üstəlik, Ermənistanın əhalisi (3 milyondan bir qədər çox) o qədər də çox deyil, yəni bu ölkədən Aİ-yə daxil olan insanların axını ümumi vəziyyətlə müqayisədə o qədər də əhəmiyyətli olmayacaq. Bundan əlavə, ermənilərlə Aİ sakinləri arasındakı mədəni fərqlər o qədər də fundamental deyil. Buna görə də, Avropa ölkələrindəki siyasətçilər arasında giriş məhdudiyyətlərinin tərəfdarlarının belə bir ssenariyə sərt şəkildə qarşı çıxmaq üçün daha az həvəsi olacaq. Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın 2026-cı ilin may ayında təqdim etdiyi məlumatlara görə, vətəndaşlara verilən Şengen vizalarının sayı 2019-2024-cü illər arasında təxminən 51.000-dən təxminən 86.300-ə qədər artıb. Ölkədə Aİ-yə girişin genişləndirilməsinə tələbat var və bu, çox güman ki, gənc vətəndaşlar arasında daha çox özünü göstərəcək". Geri qayıt |