Əsas Səhifə > Ana xəbər / Güney Press > Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar...

Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar...


Bu gün, 09:42

Sizcə, Naxçıvanda qadın sahibkarlar üçün real şərait varmı?
Yerli Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə çalışan qadınların bizneslərini inkişaf etdirmək məqsədilə yeni layihəyə start verildiyini açıqlayıb.
“Aqrosahibkar qadınlarla iş” adlanan layihənin kənd təsərrüfatında çalışan qadın sahibkarların bizneslərinin genişləndirilməsinə və şaxələndirilməsinə xidmət edəcəyi bildirilir. Ancaq bu dəstəyin konkret hansı formada veriləcəyi açıqlanmır.
Naxçıvanda sahibkarlıq mühitinin özü ilə bağlı da ciddi suallar var. Yerli sahibkarlar dəfələrlə bildiriblər ki, bölgədə müstəqil biznesin böyüməsinə maneələr yaradılır, gəlirli sahələr isə əsasən məmurlara bağlı şəxslərin nəzarətinə keçir.
Belə bir şəraitdə “qadın sahibkarlara dəstək” adı ilə həyata keçirilən layihənin bütün iştirakçılar üçün bərabər imkan yaradıb-yaratmayacağı aydın deyil. Layihənin hansı qadın sahibkarları əhatə edəcəyi, seçim meyarlarının necə müəyyənləşəcəyi və dəstəyin konkret nədən ibarət olacağı açıqlanmır.
"Gündəlik Naxçıvan"

Geri qayıt