Əsas Səhifə > Ana xəbər / Güney Press > "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi

"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi


Bu gün, 06:25

Bu günlərdə Bakının Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən bazar ərazisində qanunsuz tikinti işlərinin aparılması və bazarın özbaşına genişləndirilməsi ilə bağlı məlumat vermişdik.

Məlumatda qeyd olunurdu ki, bazar ərazisində iri obyektlərin tikintisi rayon icra hakimiyyətinin inzibati binasına yaxın ərazidə həyata keçirilir.

Bizimesr.com-a Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 43 ünvanında yerləşən “Suraxanı bazarı”nın ərazisində özbaşına qeyri-yaşayış obyektinin tikintisi faktı aşkarlanıb.

Bununla bağlı vətəndaşa tikinti işlərinin dayandırılması barədə yazılı xəbərdarlıq edilib, həmçinin müvafiq akt tərtib olunub. Eyni zamanda məsələ ilə əlaqədar aidiyyəti qurumlara rəsmi məktublar göndərilib.

Qeyd edək ki, digər aidiyyəti qurumlara da sorğular ünvanlanacaq.



Geri qayıt