Əsas Səhifə > Ana xəbər / Güney Press > ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat

ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat


Bu gün, 05:55

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin" (ADNSU) Publik Hüquqi Şəxsi "Məzun günü - 2026" təntənəli tədbirinin təşkili məqsədilə irihəcmli mal və xidmətlərin satın alınması üçün tender elan edib.

32gun.az xəbər verir ki, Ali təhsil ocağının məzunların yolasalma mərasimi üçün dövlət büdcəsindən ayırdığı və satınalmanın ehtimal olunan ümumi qiyməti dəqiq olaraq 182 851,03 AZN təşkil edir.

Müsabiqənin texniki şərtlərinə əsasən, bu fantastik vəsait hesabına cəmi bir gün davam edəcək tədbir üçün nəhəng LED ekranlar, robot işıq sistemləri, 360 dərəcəli fotospinner, sonsuzluq güzgüsü, kran və dron çəkilişləri sifariş olunub, həmçinin tələbələrə paylanılması üçün 5 min ədəd paslanmayan metaldan "AZİU" döş nişanı və digər geyim ləvazimatları satın alınacaq.


Geri qayıt