|
Bu ilin yanvar–aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 610,2 milyon manat məbləğində sığorta haqqı yığılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi yenə də “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb. Bu iki şirkət birlikdə 459,2 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların təxminən 75,3%-nə bərabərdir. Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta” şirkətləri olub. Bu iki şirkət hesabat dövründə birlikdə 61,2 milyon manat sığorta haqqı toplayıb. Beləliklə, açıqlanan məlumatlardan görünür ki, ümumi sığorta haqlarının təxminən 85,3%-i və ya 520,4 milyon manatı cəmi iki şirkətin – “Paşa” və “Atəşgah” şirkətlərinin payına düşüb. Ən az sığorta haqqı toplayan şirkət isə “İpək Yolu Sığorta” olub. Şirkət yanvar–aprel aylarında cəmi 1,1 milyon manat sığorta haqqı yığa bilib. Bu ilin yanvar–aprel aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub: “Paşa Həyat Sığorta” – 309,8 milyon manat; “Paşa Sığorta” – 149,4 milyon manat; “Atəşgah Həyat Sığorta” – 39,4 milyon manat; “Atəşgah Sığorta” – 21,8 milyon manat; “Qala Sığorta” – 16,7 milyon manat; “Aqrar Sığorta” – 11,9 milyon manat; “Azərbaycan Sənaye Sığorta” – 10,9 milyon manat; “Meqa Həyat Sığorta” – 9,6 milyon manat; “Xalq Sığorta” – 9,6 milyon manat; “Meqa Sığorta” – 9,4 milyon manat; “Qala Həyat Sığorta” – 8,9 milyon manat; “Xalq Həyat Sığorta” – 3,8 milyon manat; “A-Qroup Sığorta” – 5,4 milyon manat; “AzSığorta” – 2,5 milyon manat; “İpək Yolu Sığorta” – 1,1 milyon manat.
Geri qayıt
|