Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil

Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil


Bu gün, 09:13

Ermənistan həmişə Rusiya ilə normal münasibətlərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində maraqlıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Nyus.am”a müsahibəsində deyib.

Nazir Ermənistan-Rusiya münasibətlərinin inkişafını iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqələndirməyib:

“Mən nəyisə seçki amili ilə şərtləndirməzdim. Biz həm dünən, həm də bu gün rus tərəfdaşlarla konstruktiv atmosferdə sağlam və bizim anlayışımıza görə bərabərhüquqlu münasibətlər qurmağa davam edirik. Problemlər olurmu? Bəli. İzah etmək, anlamaq, həll yolu tapmaq və sair — sabah da belə olacaq”.


Geri qayıt