Əsas Səhifə > Ana xəbər / Güney Press > Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil

Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil


Bu gün, 06:48
"Yüz minlərlə sənədsiz evə mülkiyyət kağızının verilməsinə qarşı dünən çıxış etmiş İqtisadiyyat naziri bunu Azərbaycan Respublikasının gələcəyinə özünün bədbin baxışı ilə izah edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir : "Onun fikrincə, Respublikamız gələcəkdə də korrupsiyaya təslim edilmiş vəziyyətdə qalacaq və dövləti vəzifələrini yerinə yetirə bilməyəcək. Mikayıl Cəbbarovun fikrincə, son 30 ildə icazəsiz tikilmiş evlərə indi kağız versək, bu gələcəkdə də rəsmi icazəsi olmayan tikintiyə rəvac verər. Amma sual olunur, bəs dövlət orqanları gələcəkdə hara baxacaq?
Bax belə.
Mikayıl Cabbarovla eyni gündə amerikalı milyarder Jeff Bezos da gələcəyə baxaraq tikintiyə icazə mövzusunda öz fikirlərini bildirdi. Dedi ki, süni intellekt icazəni ən yaxın vaxtda elə sürətləndirəcək ki, sən aylarla, illərlə gözləməli olmayacaqsan.
10 saniyə içində icazəni alıb evini tikə biləcəksən.
Gələcəyə baxışda fərqi hiss edirsiz də? Azərbaycanlı nazir deyir ki, dövlətimiz daha da zəif olacaq.
Amerikalı iş adamı isə deyir, dövlətimiz daha da səmərəli olacaq.
Söhbət təkcə Mikayıl Cabbarovdan getmir. O heç bir ciddi qərar vermək ixtiyarında da deyil. Və iqtisadiyyatımızın gələcəyi o qədər indi miskin görünür ki, nə vaxtsa elə Cabbarovun özü günah keçisi elan ediləcək.
Durumun əsl səbəbkarı isə bütövlükdə Yeni Azərbaycan Partiyasının hökumətinin siyasətidir. İqtisadiyyat nazirliyinə isə, belə götürəndə, heç vaxt ehtiyac olmayıb və indi də yoxdur.
Sənədsiz evlərə mülkiyyət kağızının verilməsi ötən seçkidə bizim Respublikaçı Alternativ partiyasının vədlərindən biri olub. Çünki o evlərdən heç biri icazəsiz tikilməyib. Hamısı korrupsiyaya təslim olmuş dövlət qurumlarından gələn icazə ilə tikilib.
Axırıncı daşına qədər..."

Geri qayıt