Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilirBu gün, 06:23 |
|
ABŞ Sülh Korpusunun könüllüləri Ermənistanın Sünik vilayətinə ezam ediləcək. ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib ki, bu qərar 2025-ci ilin avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan və regionda formalaşan yeni siyasi mühitlə bağlıdır. Amerikalı diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, yaranmış şərait ABŞ tərəfinə Sünikdə könüllülər yerləşdirmək üçün daha çox inam verib. Allen deyib ki, TRIPP layihəsi üzrə danışıqlar davam edir və ABŞ bu istiqamətdə səylərini daha da gücləndirmək niyyətindədir. Ekspertlər iddia edirlər ki, ABŞ-nin Ermənistanın Sünik vilayətinə - Qərbi Zəngəzura könüllü dəstə göndərməsi əsasən siyasi mahiyyət daşıyır. Onların fikrincə, Vaşinqton bu bölgəni regional proseslərin həssas nöqtəsi kimi görür və Qərbin Cənubi Qafqazda möhkəmlənməsi baxımından sözügedən bölgə onun üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qeyd olunur ki, ABŞ-nin Qərbi Zəngəzurda təsir imkanlarının artması, eləcə də beyəlxalq aktorların Ermənistanda geosiyasi rəqabəti nəqliyyat xətlərinin gələcək taleyinə - Zəngəzur dəhlizinə necə təsir göstərəcək. Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Vaşinqtonun belə həssas bir bölgədə fəaliyyətini genişləndirməsi təsadüfi deyil: RƏŞAD BAYRAMOV" src="https://ednews.net/uploads/news/124100/1769592249_resad-bayramov.jpg" /> “ABŞ Sülh Korpusunun könüllülərinin Qərbi Zəngəzura, Ermənistanın Sünik vilayəti adlandırdıqları bölgəyə göndərilməsi hər nə qədər humanitar və sosial layihə kimi təqdim olunsa da, əslində məsələnin geosiyasi tərəfi daha diqqətçəkəndir. Vaşinqtonun belə həssas bir bölgədə fəaliyyətini genişləndirməsi təsadüfi deyil və bu addım Cənubi Qafqazda formalaşan yeni güc balansı ilə birbaşa bağlıdır. ABŞ rəsmisinin bu qərarı yeni siyasi mühit və artan etimadla əlaqələndirməsi də əslində bölgənin təhlükəsizlik və geosiyasi nəzarət baxımından yenidən qiymətləndirildiyini göstərir”. Politoloq əlavə edib ki, Sünik regionu Ermənistan üçün strateji cəhətdən həyati əhəmiyyət daşıyır: “Bu ərazi İranla sərhədə çıxışı təmin edir, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəzərdə tutulan Zəngəzur nəqliyyat bağlantısının potensial marşrutu hesab olunur. Buna görə də bölgə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin deyil, həm də İran, Rusiya, Türkiyə və Qərb arasında geosiyasi rəqabətin mərkəzinə çevrilib. ABŞ-nin burada “yumşaq güc” alətləri vasitəsilə mövcudluğunu artırması Vaşinqtonun bölgəyə artıq yalnız diplomatik deyil, strateji məkan kimi yanaşdığını göstərir”. Onun sözlərilərinə görə, sülh bölgədə missiyası ABŞ-nin geosiyasi maraqlarına xidmət mahiyyəti dayışacaq: “Sülh Korpusu formal olaraq sosial və təhsil layihələri həyata keçirən təşkilatdır. Lakin beynəlxalq münasibətlər praktikasında bu tip strukturlar çox zaman ABŞ təsirinin dərinləşdirilməsi, yerli ictimaiyyətlə əlaqələrin qurulması və qərbyönlü sosial-siyasi mühitin formalaşdırılması funksiyasını daşıyır. Xüsusilə Rusiyanın təsirinin zəiflədiyi və Ermənistanın təhlükəsizlik baxımından yeni tərəfdaşlar axtardığı bir mərhələdə ABŞ-nin Sünikdə görünən şəkildə aktivləşməsi Vaşinqtonun uzunmüddətli regional iştirak planlarının elementi kimi qiymətləndirilə bilər. Bu proses əslində Azərbaycan üçün müəyyən imkanlar yaradır. ABŞ və Qərbin regionda daha aktiv iştirakı Ermənistanı kommunikasiyaların açılmasına və regional inteqrasiyaya təşviq edə bilər. Vaşinqton bölgədə sabitliyin təmin olunmasını vacib hesab edir və Zəngəzur istiqamətində nəqliyyat xətlərinin açılması Qərbin Orta Dəhliz strategiyasına da uyğun gəlir. Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsi baxımından Cənubi Qafqaz ABŞ və Avropa üçün mühüm tranzit məkanıdır”. Ekspert vurğulayıb ki, Sünikdə geosiyasi rəqabətin dərinləşməsi İran faktorunu da daha həssas edir: “Tehran ABŞ və Qərbin İran sərhədi yaxınlığında möhkəmlənməsini milli təhlükəsizlik problemi kimi qəbul edir. Rusiya da öz növbəsində Ermənistanda zəifləyən mövqelərini tam itirmək istəmir. Beləliklə, Qərbi Zəngəzur artıq sadəcə regional kommunikasiya məsələsi deyil, böyük güclərin təsir savaşı apardığı geosiyasi düyünə çevrilir. Odur ki, ABŞ Sülh Korpusunun Sünikə göndərilməsi simvolik humanitar addımdan daha geniş məna daşıyır. Bu qərar Vaşinqtonun Cənubi Qafqazda, xüsusilə də strateji tranzit və təhlükəsizlik zonalarında mövcudluğunu dərinləşdirmək niyyətini göstərir”. “Cebheinfo.az” Geri qayıt |