Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan rəqiblərindən öndədir, AMMA...

Paşinyan rəqiblərindən öndədir, AMMA...


Bu gün, 03:18

Paşinyanın partiyası rəqiblərindən sorğularda kəskin şəkildə qabaqdadır. Bu barədə "DİA-AZ" xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-ın məşhur Beynəlxalq Respublika İnstitutu (IRI)7 iyun seçkiləri ərəfəsində sorğu yayımlayıb.
Respondentlərə qarşıdan gələn seçkilərdə hansı siyasi qüvvəyə səs verəcəkləri sualı verilib. Araşdırmada səsvermədə yüksək ehtimalla iştirak edəcəyini bildirən vətəndaşlar iştirak ediblər.
Dərc olunan nəticələrə əsasən:
▪️ “Vətəndaş Müqaviləsi” / Nikol Paşinyan — 38%
▪️ “Güclü Ermənistan” / Samvel Karapetyan — 7%
▪️ “Ermənistan” bloku / Robert Koçaryan — 4%
▪️ Ermənistan Meritokrat Partiyası / Gurgen Simonyan — 2%
▪️ “Çiçəklənən Ermənistan” / Qaqik Tsarukyan — 2%
▪️ “Birlik Qanadları” / Arman Tatoyan — 1%
▪️ DOK / Vardan Qukasyan — 1%
▪️ “Hamısına qarşıyam” — 1%
▪️ Digərləri — 2%
▪️ 20% — qərarsızdır.
▪️ 23% — cavab verməkdən imtina edib.

Geri qayıt