Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı:
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı:Bu gün, 08:50 |
|
Uzun müddətdir Avropadan və Yaxın Şərq ölkələrindən Gürcüstana turist axınının artması ilə bağlı məlumatlar yayılır. Digər ölkələrlə yanaşı, Azərbaycan vətəndaşları da tətil və səyahət üçün Gürcüstana üstünlük verirlər. Bakı–Tbilisi qatar xəttinin açılmasından sonra bu ölkəyə səyahət edən azərbaycanlıların sayının daha da artacağı ehtimal olunur. Ümumiyyətlə, Gürcüstana səfərlərin bu qədər çox olmasının səbəbi nədir? Globalinfo.az-a danışan turizm eksperti Rəhman Quliyev deyib ki, pandemiyadan əvvəl Qafqaz ölkələri arasında Gürcüstan turist qəbuluna görə birinci yerdə idi: “Etiraf etmək lazımdır ki, Gürcüstanda turist sayının maksimuma çatmasında azərbaycanlı turistlərin böyük rolu olub. Məhz onların hesabına, Gürcüstan ölkəyə gələn turist statistikasını artırmağa nail olmuşdu. Hazırda Gürcüstanın Azərbaycanla quru sərhədləri bağlıdır, lakin digər ölkələrlə belə bir məhdudiyyəti yoxdur. Statistikaya baxdıqda, əvvəlki göstəriciləri müşahidə etmək olmur. Azərbaycan vətəndaşlarının günü-gündən yaxşılaşan sosial durumu Gürcüstan turizminə töhfə verir. Gürcüstan bu gün Azərbaycansız turizm qurduğunu deyə bilməz. Rəsmi Bakı regionda söz sahibidir, Qafqazda bir çox sahələrdə qonşu ölkələri qabaqlayır. Altı ildir Gürcüstan Azərbaycandan quru sərhədlərin açılmasını xahiş edir. Səbəb də turizmin aşağı düşməsi idi. Bu gün Gürcüstana çox ölkədən turist axını olduğunu demək tam doğru olmaz. Apardığım araşdırmalara görə, Azərbaycana gələn turist sayı Gürcüstanla müqayisə olunmayacaq dərəcədə çoxdur”. Ekspertin sözlərinə görə, Gürcüstana, xüsusilə Batumiyə birbaşa turlar da təşkil olunur: “Qatarla Tbilisiyə, oradan isə yerli nəqliyyat vasitələri ilə Gürcüstanın digər bölgələrinə getmək mümkündür. Qiymətlər də münasibdir, təyyarə və qatar biletləri arasında ciddi qiymət fərqi yoxdur. Rəsmi Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib və etməkdə davam edir. Ölkəmizə gələcək turist sayının potensialı daha güclüdür. Bunun da müəyyən səbəbləri var. Uzun müddət münaqişə dövrü yaşamışıq, 30 il ərzində dünya ölkələri Azərbaycanı müharibə şəraitində yaşayan ölkə kimi qəbul edib. Turist axınının az olması bu baxımdan normal idi. Lakin son 3–4 il ərzində bu göstərici maksimum həddə çatdırılıb. Pandemiyadan əvvəl də gəlmə turizm sahəsində inkişaf var idi. Biz postmünaqişə dövrünü yaşayırıq. Qarabağda yeni infrastruktur, turizm bazaları, səyahət kompleksləri və sanatoriyalar yaradılır. Dinc dövrə qədəm qoymuşuq. Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir”. Geri qayıt |