Əsas Səhifə > Ana xəbər / Güney Press > AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı

AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı


Bu gün, 05:31

"Azərbaycan Texniki Universiteti" Publik Hüquqi Şəxsi tədris və elmi fəaliyyətin dəstəklənməsi məqsədilə ölkədaxili mətbuatın, eləcə də müxtəlif ixtisaslar üzrə xarici ölkə nəşrlərinin satın alınmasını yekunlaşdırıb.

32gun.az xəbər verir ki, satınalma sorğusu çərçivəsində ali təhsil müəssisəsi dövri mətbuat və elmi jurnalların tədarükü üçün "PRESSİNFORM" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Universitetin kitabxana və resurs fondunun yenilənməsinə yönələn bu satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 14.972,48 AZN təşkil edir.

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Pressinform" MMC-nin nizamnamə kapitalı cəmi 5 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Rəfail Hüseynov İsmayıl oğludur.

Maraqlı məqamlardan biri də şirkətin hüquqi keçmişi ilə bağlıdır. Mətbuatda gedən məlumata görə, ki, 2023-cü ildə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) ilə protokol tərtib edilib. Bu isə şirkətin fəaliyyətində əmək hüquqlarının pozulması faktının qeydə alındığını və şirkətin ciddi cərimə sanksiyası ilə üzləşdiyini göstərir.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Məmməd oğlu Vəliyevdir


Geri qayıt