Əsas Səhifə > Ana xəbər / Güney Press > SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayırBu gün, 12:47 |
|
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə prosesin sabah, mayın 20-də keçirilməsi qərara alınıb. Saleh Səmədovun vəkili müdafiə etdiyi şəxsin yaşını və səhhətindəki problemləri nəzərə alaraq, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti bu mərhələdə əsaslı hesab etməyərək təmin etməyib. Yada salaq ki, ötən il 9 May - Faşizm üzərində Qələbə Günü İmişlidə keçirilən tədbirdə Saleh Səmədov SSRİ bayrağı qaldırıb, sinəsinə "Georgi lenti" vurub, çıxışlar edib. İmişli Ağsaqallar Şurasının sədri olan Səmədov bu hərəkətlərindən sonra saxlanıb. Məlum olub ki, geniş imkanlara sahib olan Səmədov İmişlidə özünü toxunulmaz biri hesab edirmiş. Onun harınlığına işarə edən epizodlardan biri həbsindən aylar öncə baş verib. Səmədov yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. Saleh Səmədov isə həm DYP əməkdaşını, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz. Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var. Saleh Səmədovun harınlığı və bu təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və Saleh Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib. Həmin vaxt Saleh Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər. Həbs cəzası almağına baxmayaraq, onun cəzasını "çöldə" çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı Saleh Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın "qisas əməliyyatı" da olub. Buna baxmayaraq, Saleh Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb. Saleh Səmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələrin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Geri qayıt |