|
Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yaranan subasma problemi ilə bağlı sakinlər arasında narazılıq yaranıb. Yeniavaz.com-a müraciət edən sakin iddia edir ki, ərazidə suyun çəkilməsi üçün kifayət qədər qurğu quraşdırılmadığı üçün vəziyyət getdikcə daha da ağırlaşır: “17 may tarixində 1 ədəd kiçik motor qoydular, onun da heç bir təsiri olmadı. 18 may axşam saat 7-yə qalmış ikinci motoru quraşdırdılar, amma onun da təsiri yoxdur, su getdikcə artır”. Sakinin sözlərinə görə, ərazidə vəziyyət kritik həddə çatıb və kanalizasiya suları artıq zirzəmiləri basıb: “Mən və digər sakinlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik, amma nəticə yoxdur. Zərifə Əliyeva küçəsində yığılan suyun çəkilməsi üçün ən azı 5-6 motor lazımdır, amma onları quraşdırmırlar. Kanalizasiya suları zirzəmiləri basıb. Vəziyyət belə davam etsə, evləri də su basacaq”. Sakinlər problemin təcili həll olunmasını və aidiyyəti qurumların əlavə tədbirlər görməsini istəyirlər. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Geri qayıt
|