Əsas Səhifə > Ana xəbər / Güney Press > Güney Qafqazın taleyi HƏLL OLUNUR...

Güney Qafqazın taleyi HƏLL OLUNUR...


Bu gün, 12:04

Gürcüstanın Azərbaycanla quru sərhədlərin açılması üçün xeyli müddətdir israrlı olduğu barədə məlumatlar vardı.
Deyəsən, yaxın zamanlarda bu israrın praktik nəticəsi də olacaq.
Bu məsələdə bir vacib məqamı qeyd eləməkdə fayda var: bir çoxlarının əsassız, rəsmi təbliğatın çarxına yağ sürtən mövqeyinə baxmayaraq Azərbaycana Şərqin, Orta Asiyanın deyil, məhz C. Qafqazda dominant olan ictimai düşüncə, bu regionda gedən ictimai proseslərin həlledici təsir edəcək.
Əgər Gürcüstan və Ermənistan daha mütərəqqi siyasi sistem qura biləcəklərsə, biz bundan kənarda qala bilməyəcəyik.
Nə vaxtsa bizdə vəziyyətin indikindən daha yaxşı olacağına azacıq ümidim qalıbsa, məhz bu amillə bağlıdır.
Özümüzü hər nə qədər buludların üzərində görsək də, reallıq budur ki, taleyimizi 2 qonşunun davranışları, oralarda gedən proseslər müəyyən edəcək.
Bu səbəbdən iyunda Paşinyanın qələbəsi, Gürcüstanın avrointeqrasiya kursuna qayıtması onlar qədər bizim üçün həyati məsələdir.
Müəllif: Rövşən Ağayev - "DİA-AZ"

Geri qayıt