Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremldən İrəvana sərt xəbərdarlıq

Kremldən İrəvana sərt xəbərdarlıq


Bu gün, 08:11

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğura biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, Volodinin sözlərinə görə, Ermənistanın Aİİ-dən ayrılması respublikaya minimum 5 milyard dollar ziyan vura bilər. Bu məbləğin ölkənin ümumi daxili məhsulunun təxminən 15-20 faizinə bərabər olduğu qeyd edilib.

Rusiya rəsmisi vurğulayıb ki, hazırda Ermənistan Rusiyadan qazı güzəştli qiymətlə alır. Belə ki, 1000 kubmetr qaz Ermənistan üçün 177,5 dollara başa gəlir. Müqayisə üçün bildirilib ki, Avropada eyni həcmdə qazın qiyməti 633 dollardır.

Volodin həmçinin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Rusiya ilə ticarət dövriyyəsinin artıq 45,4 faiz azaldığını da açıqlayıb.


Geri qayıt