Əsas Səhifə > Ana xəbər / Güney Press > 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidirBu gün, 08:21 |
|
ÜDM-nin artım tempi ilk 3 ayda mənfiyə getmişdi, 0.3% azalma var idi. İndi isə cəmi 0.2% artım olduğu görünür. Əslində, bu, statistik kənarlaşmanın tərkibinə daxildir. Statistik kənarlaşmada 0.3%-ə qədər səhv kənarlaşmalar ola bilər. Bunu nəzərə alsaq, demək olar ki, iqtisadiyyatımız böyüməyib. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda bu ilin yanvar-aprel aylarında ümumi daxili məhsulun (ÜDM) ötən ilin eyni dövrünə nisbətən 0,2% artması barədə danışarkən deyib. “Azərbaycan iqtisadiyyatı böyüməlidir. Azərbaycan iqtisadiyyatı böyüməyəndə insanların rifah halına da mənfi təsir göstərir. Azərbaycanda bu ilin sonuna qədər ən yaxşı halda 1.1% iqtisadi artım olması proqnozlaşdırılır”, - ekspert vurğulayıb. N.Cəfərli neftin qiymətinin yüksəlməsinin ÜDM-nin artımına müsbət təsir etdiyini bildirib: “Lakin ÜDM-də bu qədər zəif göstəricilər Azərbaycan iqtisadiyyatında struktur problemlərinin olmasından xəbər verir. Hökumətin əsas hədəfi büdcə gəlirlərinin artırılmasıyla yanaşı, iqtisadi aktivliyin yüksəlməsinə yönəlməlidir”. Geri qayıt |