Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan 28 may ANONSU: Mesaj kimədir?
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir?Bu gün, 08:17 |
|
Bəs 28 may paradı daha çox kimə mesajdır – xaricə, yoxsa seçkilər öncəsi daxili auditoriyaya? Qeyd edək ki, Ermənistan da mayın 28-i “müstəqillik günü” kimi qeyd edir. Bu arada defense24.com yazıb ki, Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb və bu, sadəcə hərbi təchizat deyil: “Bu, Fransanın Parisin Rusiyanın təsirini zəiflətməyə və Ermənistanı uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevirməyə çalışdığı Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir”. Bildirilir ki, ilk SEZAR sistemləri artıq Ermənistanın əlindədir və Respublika Günü paradında təqdim edilməsi gözlənilir. Hərbi ekspert Ramil Məmmədli parad keçirilməsini daha çox daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirir. Paşinyanın seçkilərə lap az qalmış hərbi paradın keçirilməsi ilə cəmiyyətdə inam qazanmaq niyyətində olduğunu deyən hərbi təhlilçi hesab edir ki, xarici amillər də istisna deyil: "İlk növbədə psixoloji baryeri aşmaq mərhələsi kimi dəyərləndirmək lazımdır. 6 il əvvəl müharibədə darmadağın olan və biabırçı formada uduzan erməni ordusunu reabilitasiya etmək cəhdi görünməkdədir. Başqa tərəfdən, erməni xalqına ordunun güclü olduğunu nümayiş etdirmək istəyirlər. Çünki məğlubiyyət sindromu yaranıb və bu vəziyyətdən çıxa bilmirlər. Paşinyan isə göstərmək istəyir ki, yeni silahlar alınıb, Rusiyadan uzaqlaşmağa baxmayaraq, Fransa, Yunanıstan, Hindistan kimi tərəfdaşlar var, onların verdiyi hərbi texnikalarla arsenal guya gücləndirilib. Bununla Ermənistanın təhlükəsizlik sahəsində özünə yeni tərəfdaşlar tapdığını nümayiş etdirir. Ancaq düşünmürəm ki, hərbi parad yeni müharibəyə hazırlıq xarakteri daşıyır. Bu, Paşinyanın özünün, ordunun reputasiyasını yaxşılaşdırmaq cəhdidir". R.Məmmədliyə görə, Fransa artilleriyasının nümayişi Rusiyaya bir işarə deməkdir: "Ermənistan Rusiyadan əvvəlki hərbi dəstəyi almır. Həmçinin KTMT-də fəaliyyətini bloklayıb, təlimlərində iştirak etmir. İndi hərbi paradla, orada, fransız silahları nümayiş etdirməklə göstərir ki, yeni tərəfdaşlar var, Rusiyaya, KTMT-yə ehtiyacı qalmayıb. Amma bu siyasətə ciddi problemlər yaradacaq. Baxaq görək, Paşinyan nə qədər belə davam edəcək. Azərbaycana gəldikdə isə hərbi parad bizi narahat etmir. Oradakı yeni silahların gücü də Azərbaycanı qorxutmur. Çünki daha güclü, qalib, peşəkar, motivasiyalı ordumuz, ən müasir silahlarımız, almağa davam etdiyimiz hərbi texnikalarımız var. Eyni zamanda, onlardan fərqli olaraq, öz hərbi sənaye kompleksimizi inkişaf etdirir, müxtəlif sərgilərdə öz silahlarımızı təqdim edirik". Musavat.com Geri qayıt |