Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısı yeni sektor müdiri təyin etdi

İcra başçısı yeni sektor müdiri təyin etdi


Bu gün, 13:02

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.

Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl “Bakı Telefon Rabitəsi” MMC-nin 6 saylı RXM-də rəis müavini vəzifələrində çalışıb. Daha əvvəllər isə “Aztelekom”un Saatlı TQK-nın rəisi, Abşeron TQK-nın rəis müavini vəzifələrində işləyib.


Geri qayıt