İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Orxan Şıxəliyev Sənədlər iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Digər əmrə əsasən isə, Ramil Xəlilov Normativ hüquqi təminat şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, O.Şıxəliyev bu ilin fevralında sözügedən vəzifəyə təyin edilmişdi.