Əsas Səhifə > Ana xəbər / Güney Press > Mayis Musayev vəzifəsindən ayrıldı
Mayis Musayev vəzifəsindən ayrıldıBu gün, 14:48 |
|
Mayis Musayev Dövlət Məşğulluq Agentliyindəki vəzifəsindən ayrılıb. Musavat.com bildirir ki, bu barədə o, öz sosial media hesabında məlumat verib: "Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə yekunlaşdı. Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim. Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm. Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, mediadakı dostlarımıza təşəkkür edirəm. Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və vətəndaşımıza xidmət missiyası ömürlükdür. İndi isə yeni hədəflərə və yeni çağırışlara doğru irəliləmək zamanıdır!" Qeyd edək ki, Mayis Musayev 2021-ci ildən qurumun Strateji əlaqələr departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Geri qayıt |