Əsas Səhifə > Ana xəbər / Güney Press > Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıbBu gün, 11:03 |
|
Azərbaycan Tibb Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında 2026-ci il üzrə tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 18.804,48 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.05.2026-cı ildə dərc edilib. Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər. Qeyd edək ki, “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE” MMC-ni kotirovka sorğularında iştirakına yol vermir. Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar. Göründüyü kimi Azərbaycan Tibb Universiteti ilə “GSL SERVICE” MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Tibb Universitetinin Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Qeyd edək ki, son bir neçə gündə bəzi dövlət qurumları tərəfindən “GSL SERVICE” MMC-nin satınalmalardan kənarlaşdırılması bu şübhələri daha da artırır. “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsi tərəfindən 05.05.2026-cı ildə satınalmaların portalında dərc edilmiş məlumatda deyilir: “Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin” satın alınması ilə əlaqədar 26.02.2026-ci il tarixində keçirilmiş Kotirovka sorğusunda “GSL Service” MMC təqdim etdiyi qiymət təkliflərinə əsasən “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.1-ci maddəsinə əsasən, təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə (orta sahibkarlıq kateqoriyasına mənsub olduğu) müsabiqədən kənarlaşdırılmışdır. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 08.05.2026-cı ildə portalda dərc edilmiş məlumatda isə qeyd edilir ki, “Hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması” ilə əlaqədar 01.05.2026-cı il tarixində keçirilmiş açıq tender müsabiqəsində GSL SERVİCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1 təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; 35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda – maddəsinə uyğun olmadığından müsabiqədən kənarlaşdırılır. Bu məlumatlardan da göründüyü ki, yuxarıda göstərdiyimiz tibb müəssələri tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə keçirdikləri satınalmalardan GSL SERVİCE” MMC -ni kənarlaşdırmışlar. Amma Azərbaycan Tibb Universiteti eyni satınalma predmeti üzrə sözügedən MMC-nin qalib seçmişdir. Qeyd edək ki, buradan əlavə suallar da ortaya çıxır. Belə ki, Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında göstəriləcək tibbi xidmətlərin sayı haqqında dəqiq məlumat olmadığı halda əmələ gələcək tibbi tullantıların miqdarı əvvəlcədən necə müəyyən edilib? Şirkətin yandırma poliqonu, yandırma qurğusu varmı, yoxsa proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir, “GSL Service” MMC sadəcə bir vasitəçidir. Qeyd edək ki, Azərbaycan Tibb Universiteti tərəfindən satınalmalarda yol verilən bu kimi şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu cavabsız qaldı. Buna baxmayaraq əks tərəf kimi mövqelərini dərc etməyə hazırıq. Aktualinfo.net Geri qayıt |