Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb

İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb


Bu gün, 10:25

Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Arzu Qocayev Rövşən oğludur.

Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. Göygöl şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb. 2013-2016-cı illərdə Unibank-da müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.

2022-ci ilin sonunda Arzu Qocayev Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.


Geri qayıt