Əsas Səhifə > Ana xəbər / Güney Press > "ASAN Xidmət"dən getdi, yeni vəzifəyə təyin olundu

"ASAN Xidmət"dən getdi, yeni vəzifəyə təyin olundu


Bu gün, 12:13

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinə yeni müşavir təyin olunub.
Qaynarinfo xəbər verir ki, müvafiq əmrlə, Mehdi Cavadov agentlik sədrinin Rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Mehdi Cavadov 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub. 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri postunda çalışıb və ötən gün vəzifəsindən ayrılıb.
Onu da qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədri Fərid Osmanovdur.

Geri qayıt